Modern.az

Səddam Hüseynin xristian nazirinə ölüm cəzası kəsildi...

Səddam Hüseynin xristian nazirinə ölüm cəzası kəsildi...

Təhsil

26 Oktyabr 2010, 15:31

İraq Ali Məhkəməsi keçmiş xarici işlər naziri Tarik Əzizi ölüm cəzasına məhkum edib. Bu barədə Frans-Press İraq televiziyasına istinadən bildirib. Keçmiş nazir siyasi müxalifəti, o cümlədən dini partiyaların məhv edilməsi ilə bağlı günahkar bilinib. Ölüm cəzası həmçinin Səddam Hüseynin daha iki nazirinə daxili işlər naziri Saadun Şaker və Abid Hamud şamil edilib.  

Cəzanın qüvvəyə minməsi üçün İraqın prezident Şurasında razılıqı olmaldır. Bundan əvvəl Tarik Əziz Hüseyn rejiminin cinayətlərində əli olduğu üçün 22 il azadlıqdan məhrum edilib. Tarik Əziz 1979-cu ildə İraq höküməytintə baş nazirin müavini  olub. Səddam Hüseyn baş nazir olsa da, faktik olaraq hökümətə Tariq Əziz rəhbərlik edib. O, Səddam Hüseynin ən sadiq tərəfdarı və məsləhətçisi hesab edilib.   

2003-cü ildə ABŞ-in İraqa müdaxiləsindən sonra Tarik Əziz amerikalılara könüllü təslim olub. 2010-cu ilə qədər o, Amerika həbsxanasında saxlanılıb. Ondan sonra İraq hökümətinə verilib. Qohumları onun səhhətinin pis olması səbəbindən azadlığa buraxımasını istəyiblər. Bu ilin yanvarında Tariq Əziz insult keçirib. Qeyd edək ki, o, xristiandır. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə