Modern.az

Miqrantara qarşı silahlar işə düşdü

Miqrantara qarşı silahlar işə düşdü

23 Sentyabr 2015, 20:48

 Xorvatiya polisi Opatavats şəhərində müvəqqəti düşərgədə məskunlaşan miqrantara qarşı gözyaşardıcı qazdan istifadə edib. Modern.az bildirir ki, bu addımın atılmasına polislə miqrantlar arasında baş verən toqquşmalar səbəb olub. Nəticədə  uşaqlar daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

Xorvatiya DİN-nin məlumatına görə, sentyabrın 16-dan etibarən ölkəyə 44 min miqrant keçib. Təkcə son sutka ərzində ölkəyə 8 750 miqrant daxil olub. Hazırda qaçqınların yerləşdirildiyi düşərgədə müvəqqəti 3 minə yaxın insanın olduğu bildirilir. 

Qeyd edək ki, bir- neçə gün əvvəl Macarıstan parlamenti sərhədlərin mühafizəsi məqsədilə orduya miqrantlara qarşı ölümcül olmayan silahlardan istifadə etmə hüququ verdi .Qanuna əsasən, ordu iğtişaşlar zamanı qeyri döyüş silahları, rezin güllələr, pirotexnik vasitələr və gözyaşardıcı qaz qumbaralardan istifadə edə bilər.

Modern az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı