Modern.az

3 yaşlı uşaq infarkt keçirdi-QƏRİBƏ

3 yaşlı uşaq infarkt keçirdi-QƏRİBƏ

Dünya

23 Sentyabr 2015, 21:17

Türkiyədə  qəribə hadisə baş verib. Modern.az türk mətbuatına istinadən bildirir ki,  Aydının Çinə ərazisində 3 yaşlı qız ürək tutmasından dünyasını dəyişib. Belə ki, Tülin Deren Duran 10 gün əvvəl qarın ağrısından şikayətlənib və xəstəxanaya yerləşdirilib. Müalicədən sonra balaca qızcığaz evə buraxılıb.

 Sentyabrın 22-də isə yenidən halı pisləşən qızı Çinə Dövlət Xəstəxanasına yerləşdiriblər. Ürəyi dayanan uşaq həkimlərin müdaxiləsi nəticəsində həyata qaytarılıb. Sonra o, imkanları daha geniş olan Adnan Menderes Universitesi Tibb Fakültəsi Xəstəxanasına göndərilib. Burada müalicəsini davam etdirən  körpənin ürəyi yenidən dayanıb və o dünyasını dəyişib. 

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub