Modern.az

İŞİD-in 50 silahlısı məhv edilib

 İŞİD-in 50 silahlısı məhv edilib

23 Sentyabr 2015, 21:30

Suriyanın  hərbi aviasiyası İŞİD terror qruplaşmasının Homs əyalətindəki mövqelərinə hava zərbələri endirib. Modern.az xəbər verir ki, terrorçuların Sadad şəhəri yaxınlığındakı mövqeləri hücuma məruz qalıb. 

Sadad qruplaşmanın avqustun 4-də ələ keçirdiyi Əl-Kəryateyn şəhəri yaxınlığında yerləşir. Suriya Hərbi-Hava Qüvvələri həmçinin terrorçuların Sühnə və Palmiradakı mövqelərinə də hava zərbələri endirib. Ümumilikdə hücum nəticəsində 50 terrorçunun məhv edildiyi bildirilir. 

“Əl-Mayadin” telekanalının məlumatına görə, Homsdan 120 km aralıda yerləşən Əş-Şaer qaz yatağı ətrafında şiddətli döyüşlər davam edir.  (APA)

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?