Modern.az

Vəhhabiləri məsciddən qovdular - FOTOLAR

Vəhhabiləri məsciddən qovdular - FOTOLAR

Dünya

24 Sentyabr 2015, 14:47


Bir il əvvəl vəhhabilər Dağıstanın Yeni Kuruş kəndindəki mərkəzi məscidi ələ keçirməsi nəticəsində yerli sakinlər məktəbin idman zalında namaz qılmaq məcburiyyətində qalıblar.

Modern.az Rusiya mediasına istinadən bildirir ki, məscidin imamı Maqomed Xidirovun hay-küylü qətlindən sonra yerli sakinləri üsyan qaldırıblar. Bir il əvvəl radikallarən zəbt etdiyi məscidin ərazisinə 1500-dən çox adam yığışaraq vəhhabilərin kəndi və binanı tərk etməsini tələb ediblər.

“Bu qərarı sentyabrın 13-də kənd sakinlərinin ümumi yığıncağında qəbul etmişik. Uşaqlarımızın yoldan çıxarılıb vəhhabilərə qoşulmaları bizi boğaza yığıb.

Bunlar həqiqi inanclı adamlar deyillər. Onlar şeytanlardır, İslamdan başa düşülməyən bir şey kimi istifadə edirlər. Kəndimizdə belə hadisənin baş verməsinə bir daha imkan verməyəcəyik”, - yerli sakin Renat deyib. 

Məscidə girən adamlar oradakı dini atributları tullayıb, sonra da yandırıblar. Məscidin qapısı hazırda bağlıdır.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər