Modern.az

Obama razılaşmasa, Rusiya aviazərbələr endirəcək

Obama razılaşmasa, Rusiya aviazərbələr endirəcək

24 Sentyabr 2015, 15:16


   

Əgər ABŞ “İslam dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizədə səyləri birləşdirmək təklifini rədd etsə, Rusiya prezidenti Vladimir Putin Suriyada ekstremistlərə aviazərbələr endirməyi qərara alacaq.

Modern.az saytının məlumatına görə bu barədə nüfuzlu “Bloomberg” agentliyi Yaxın Şərqdəki situasiyanı dərindən bilən iki şəxsə istinadən belə yazıb.  

Vladimir Putin Amerika və onun müttəfiqlərinin İŞİD-lə mübarizədə Rusiya, İran və Suriya ordusu ilə qarşılıqlı razılaşmaya getməsinə üstünlük verir.

Rusiya Müdafiə Nazirliyindəki Kremlə yaxın mənbənin sözlərinə görə isə Barak Obama administrasiyası hələ ki, səylərin bu cür koordinasiyası planına qarşıdır.  

Digər mənbənin iddiasına görə, 28 sentyabrda Putinin BMT Baş Məclisinin 70-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka birgünlük səfəri zamanı ABŞ prezidenti Barak Obama ilə Suriya məsələsini müzakirə edə bilər.  

Yaxın Şərq üzrə Strateji Araşdırmalar İnstitutunun baş analitik Yelena Suponina hesab edir ki, Rusiya tərəfi , görüşdə sağlam düşüncənin üstünlük təşkil edəcəyinə və Obamanın Putinin əlini sıxacağaına ümid edir.

Aqşin KƏRİMOV


Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi