Modern.az

İnsanların həyata baxış tərzini dəyişən 10 fəlsəfi əsər

İnsanların həyata baxış tərzini dəyişən 10 fəlsəfi əsər

Mədəni̇yyət

24 Sentyabr 2015, 18:41


Filosofları hər zaman bəşər düşüncəsinin sütunları adlandırıblar. Antik dövrdən tutmuş bu günə qədər dünya və dünyadan kənar düşüncənin ali yaradıcıları olan filosoflar yaratdıqları əsərlərlə insanların həyata baxış tərzlərinin dəyişmələrinə səbəb olublar.

Modern.az bu yazısında ayrı-ayrı dövrlərdə yazılan və insanların həyata baxış tərzini dəyişən 10 fəlsəfi əsəri təqdim edəcək. Qeyd edək ki, sıralama tamamilə şərtidir:  

Platon, “Dövlət” əsəri - e.ə. IV əsrdə yazılan əsər müəlliflə müəllimi Sokrat arasında dialoqlar şəklində qurulub. Antik dövrdən bu yana öz dəyərini itirməyən əsər “ideal dövlət və onu idarə etməyin yolları”, eləcə də “insan və cəmiyyət arasındakı qarşılıqlı münasibətlərin səhmana salınması barəsindədir.

2.Aristotel, “Nikomax etikası” – Platonla eyni dövrdə yaşayan, lakin onun bir çox ideyalarını inkar edən, “bəşəriyyətin ən universal insanı” sayılan Aristotelin yazdığı bu əsər etika elminin əsasını qoydu. Kitabda adından da göründüyü kimi insan-insan münasibətləri və insanı dəyərləndirmə ön plana çəkilir.

3 Makiavelli, “Hökmdar” - əsərdə hakimiyyət hərisliyi və şəxsi mənfəət uğrunda mübarizədən danışılır.

4. Spinoza, ”Etika”- filosoflar tərəfindən “ən ağıllı yəhudi” adlandırılan Spinoza bu əsəri latın dilində yazıb, lakin nə çapını, nə də yayımını istəməyib. Amma onun ölümündən sonra ardıcılları tərəfindən qorunan əsər Avropada sürətlə yayılıb.

5. Devid Yum, “insanı anlama sənəti üzərində bir hesabat” – Filosofun XVII əsrdə yazdığı əsər insan ağlının sirləri, məntiqin dərinliyi və ondan istifadə bacarığından söhbət açılır.

6. Jak Jak Russo, “İctimai müqavilə” – fransız maarifçi-filosofu olan Jan Jak Russo bu əsərində siyasi uğur qazanmaq üçün   kütlə ilə münasibətlərin düzgün qurulmasınının yollarını  göstərir.

7. İmanuel Kant, “Saf ağlın tənqidi” – fəlsəfə  tarixinin ən önəmli filosoflarından sayılan Kantın bu əsəri dünya fəlsəfəsinin ən mürəkkəb əsəri sayılır. Əsər uzun müddət hətta elit intellektual təbəqə tərəfindən də anlaşılmayıb.  

8. Hegel, “Məntiq” – dünya fəlsəfəsinin ən mürəkkəb və önəmli sütunlarından sayılan Hegelin bu əsəri insan məntiqinin varlığa olan münasibətini ayrı səmtdə işıqlandırmaqla çox yardımçı ola bilər.  

9. Karl Marks-Fridrix Engels, “Manifest” – bəzi mənbələrdə  “kommunist manifesti” adlanan bu əsər həqiqətən də insana verilən dəyər baxımından çox önəmli ideyalarla zəngindir. Çox təəssüf ki, bu əsərə guya istinad edən kommunist ölkələrin heç biri ondan lazımı şəkildə yararlana bilmədilər.

10.Jan Pol Sartr, “Varlıq və yoxluq” –Nobel makafatından imtina edən yazıçının bu əsəri fəlsəfə tarixində önəmli yer tutur. İlk olaraq 1943-cü ildə kütləvi şəkildə yayımlanıb. Əsər bu gün də çox sevilir və fəlsəfəni insanlara sevdirir.  

Elmin Nuri

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü