Modern.az

Bu ölkə Həcc ziyarətindəki faciəyə görə Səudiyyə Ərəbistanını ittiham etdi

Bu ölkə Həcc ziyarətindəki faciəyə görə Səudiyyə Ərəbistanını ittiham etdi

24 Sentyabr 2015, 19:04

İran Həcc ziyarəti zamanı yüzlərlə adamın həyatını itirdiyi faciəyə görə Səudiyyə Ərəbistanını günahlandırıb.

Modern.az bildirir ki, “Frans Press”in xəbərinə görə, İranın həcc ziyarətinə gedən zəvvar heyətinə rəhbərlik edən Səid Ohadi qəzanın baş verdiyi yerin yaxınlığındakı bir yolun faciədən qısa müddət öncə məlum olmayan səbəblərdən bağlandığını irəli sürüb.

Ohadinin fikrincə, bu da sözügedən faciənin baş verməsinə səbəb olub. Xəbərdə izdiham zamanı ən azı 15 İran vətəndaşının can verdiyi qeyd olunub.

Qeyd edək ki, faciə zamanı 717 nəfər zəvvarın öldüyü bildirilir. 

Modern.az


Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər