Modern.az

Deputatlığa namizəd daha 3 kəndi gəzdi ®

Deputatlığa namizəd daha 3 kəndi gəzdi  ®

Təhsil

26 Oktyabr 2010, 16:40

Yeni Azərbaycan Partiyasının parlament seçkilərində Şabran-Siyəzən dairəsindən irəli sürdüyü namizəd Tahir Süleymanovun seçiciləri ilə görüşləri davam edir. 26 oktyabr 2010-cu il tarixdə deputatlığa namizəd Siyəzən rayonunun Yenikənd, Gilgilçay qəsəbə və Tağay əhalisi ilə görüşlər keçirib.

Görüşdə YAP Siyəzən rayon təşkilatının sədri, namizədin vəkili və səlahiyyətli nümayəndələri iştirak edib. Rayon təşkilatının sədri Etibar Heydərov öz çıxışında qeyd etdi ki,  ölkənin hər yerində olduğu kimi, Siyəzən rayonunda da parlament seçkilərinə ciddi hazırlıq işləri gedir. O bildirdi ki, Yeni Azərbaycan Partiyası o namizədləri irəli sürməyə çalışıb ki, həmin seçki dairələrində insanlar onu dəstəkləsinlər və onun vasitəsilə Milli Məclisdə təmsil olunsunlar. Tahir Süleymanov da məhz belə insanlardandır. Onun deputatlıq fəaliyyətindən söz açan təşkilat sədri Tahir Süleymanovun yüksək potensiala malik, təmsil etdiyi bölgənin problemlərinə biganə qalmayan bir insan olduğunu vurğuladı.
Təşkilat sədri onu da qeyd etdi ki, əvvəlki seçkilərdə olduğu kimi, noyabrın 7-də keçiriləcək parlament seçkilərində də xalqın YAP-ın namizədinə səs verəcəyinə inanır. Çünki hakim partiyanın sədri olduğu prezident İlham Əliyevin rəhbərliyi ilə hayata keçirilən islahatlar xalqın mənafeyinə uyğun olması YAP-a olan inamı gücləndirir.

YAP-ın deputatlığa namizədi T.Süleymanov da öz növbəsində çıxış edərək qeyd etdi ki, əsas meyar da məhz xalqın səsidir, partiyaya olan inamıdır.  O, Yeni Azərbaycan Partiyasının namizədi kimi, seçicilərin etibarını, inamını, səsini qazanmağa çalışdığını, millət vəkili seçiləcəyi təqdirdə seçicilərin etimadını doğrultmağa var qüvvəsi ilə çalışacağını  bildirib. Namizəd YAP-ın böyük seçki təcrübəsinə malik olduğunu və parlament seçkilərində şəksiz qələbəsinə əmin olduğunu vurğuladı.

 


Seçki qərargahı    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə