Modern.az

50 illik müharibə sona çatır

50 illik müharibə sona çatır

24 Sentyabr 2015, 22:49

Kolumbiya hökuməti ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) 6 ay içində sülh imzalayacağı açıqlanıb. Modern.az bildirir ki, Kolumbiya Prezidenti Xuan Manuel Santos Kubanın paytaxtı Havanada verdiyi açıqlamada FARC ilə aparılan sülh danışıqlarında son razılaşmanın imzalanması üçün qərar verdiklərini bildirib.

Prezident FARC ilə aparılan sülh danışıqlarının 6 ay içində başa çatacağını qeyd edib. Kolumbiya prezidenti razılaşma imzalanan gündən etibarən 60 gün içində də FARC-ın silahlardan imtina edəcəyini söyləyib. İki tərəf arasında gəlinən qərardan danışan ABŞ Dövlət katibi Con Kerri də Kolumbiya üçün sülhün həddindən çox yaxın olduğunu vurğulayıb.

Xatırladaq ki, FARC-ın Kolumbiyada 1964-cü ildə başlatdığı silahlı mübarizədə 220 min nəfər həlak olub, 5 milyon nəfər didərgin düşüb. FARC ilə hökumət arasındakı sülh danışıqları 2012-ci ilin noyabrında Havanada başlayıb. (Axar.az) 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir