Modern.az

Rusiya yeni hərbi baza tikir

Rusiya yeni hərbi baza tikir

24 Sentyabr 2015, 23:15

Rusiya Ukrayna sərhədi yaxınlığında daha bir böyük hərbi baza tikməyi planlaşdırır.Modern.az xəbər verir ki, Rusiyanın müdafiə nazirliyi Ukrayna sərhəddinin 45 kilometrliyində yerləşən Boquçar şəhərindəki köhnə hərbi anbarı bazaya çevirmək istəyir. Agentliyin məlumatına görə, Rusiya ayın əvvəllərində Belqorod vilayətinin Valuyki şəhəri yaxınlığında iri hərbi bazanın tikintisinə başlayıb. Bazada bir neçə min əsgər saxlamaq mümkün olacaq.

Rus mediasına görə, fəhlələr Soloti kəndi yaxınlığında böyük bir ərazini artıq hasara alıblar. Onlar Reuters-in müxbirinə "Ukrayna casus"u deyərək, həmin ərazini tərk etməsini istəyiblər.

Baza Ukrayna sərhədindən 25 km aralıda yerləşir. Tikintinin birinci mərhələsi 2016-cı ilin aprelində başa çatacaq. (ANS)

 Modern.az


 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir