Modern.az

Baş nazir: “Qaçqınları dayandırın!”

Baş nazir: “Qaçqınları dayandırın!”

24 Sentyabr 2015, 23:51

Belə bəyanatla İsveçin Baş naziri Stefan Löven çıxış edib. Modern.az xəbər verir ki, baş nazir Avropa İttifaqı ölkələrini təkcə qaçqınlara kömək etməklə kifayətlənməməyə,  həm də miqrant axınının yaratdığı böhranın səbəblərinin aradan qaldırılmasında fəal olmağa çağırıb: “Biz indi növbəti addımı atmalıyıq – insanların istər Suriyadan, istərsə də Afrika ölkələrindən qaçmalarının səbəblərini araşdırmalı və aradan qaldırmalıyıq. Əlbəttə, bizə xarici sərhədlərdə nəzarət lazımdır, lakin bununla yanaşı, qaçqın axınını, məsələn, Suriyadakı müharibənin yaratdığı böhranı aradan qaldırmaqda fəal olmalıyıq”.

Qeyd edək ki, İsveç qəbul etdiyi qaçqınların sayına görə lider ölkələrdən biridir. Bu isə hökumət orqanlarına problem yaradır.

 Modern. az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir