26 oktyabrda 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Novruz Aslanov təşviqat qrafikinə uyğun olaraq İsmayıllı rayonunun ən ucqar ərazilərində yerləşən Kürdeldarbəyli, Gideyli, Hacıhətəmli və Mollaisaqlı kəndlərində seçicilər ilə görüşünü keçirdi. Bu izdihamlı görüşlərdə sakinlər N. Aslanovu çox böyük coşqu ilə qarşıladılar. Cıxışına başlamazdan öncə bu isti münasibətə görə N. Aslanov sakinlərə öz təşəkkürünü bildirdi və yenidən onlarla ünsiyyətdə olmaqdan məmnun olduğunu bildirdi.
N. Aslanov son illərdə İsmayıllı rayonunda uğurla həyata keçirilən layihələrdən söhbət açdı, xüsusilə bu kəndlərin qazlaşdırılmasını önə çəkərək gələcəkdə də bu işlərin davam edəcəyini vurğuladı. Bu ucqar kəndlərdə yeni məktəb binalarının tikintisi, əsaslı təmiri təhsil sahəsində regionlarda dövlətin həyata keçirdiyi layihələrin təzahürüdür.
Sakinlər bu işləri yüksək qiymətləndirərək bir daha dövlətin həyata keçirdiyi siyasəti dəstəklədiklərini bildirdilər. N. Aslanov gələcəkdə nəzərdə tutulmuş işlər barədə məlumat verdi və bundan sonra da sosial-iqtisadi sahədə inkişafın İsmayıllı rayonunu da əhatə edəcəyəni vurğuladı. Görüşlər ağsaqqalların bu seçkilərdə N. Aslanova verdikləri xeyir-duaları ilə başa çatdı
|
|
Gideyli... |
|
|
|
Mollaisaqlıda... |
|
|
|
Kürdeldarbəyli... |
|
|
Hacıhətəmli... |