Modern.az

Ukrayna Rusiya təyyarələri üçün hava məkanını BAĞLADI

Ukrayna  Rusiya təyyarələri üçün hava məkanını BAĞLADI

25 Sentyabr 2015, 20:12

  

Rusiya ilə Ukrayna arasındakı siyasi gərginliyə daha bir səbəb əlavə olundu. Modern.az-ın xarici mətbuatdan əldə etdiyi məlumata görə, Ukrayna hökuməti, Rusiyanın ən böyük iki havayolu  "Aeroflot"  və "Transaero" şirkətləri də daxil olmaqla rus təyyarələrinin ölkəsinə uçuşunu qadağan edib. Bu barədə Ukrayna Nazirlər Kabineti açıqlama yayıb. Açıqlamada deyilir ki,  “Aeroflot” və “Transaero” şirkətləri başda olmaqla Rusiya hava yolu şirkətlərinin Ukraynaya uçuşları dayandırılır.  

Ukraynanın baş naziri Arseniy Yatsenyuk da, Rus sərnişin təyyarələrinin artıq Ukrayna hava limanlarına enməyəcəyini bəyan edib: “ “Aeroflot” və “Transaero”, “VİM Avia”, “Sibir”, “Yamal”, “Red Wings” və digər 21 havayolu şirkəti qadağa siyahısındadır.” 

Qeyd edək ki, Ukraynaya “Aeroflot”-un Rusiyadan həftədə 35, “Transaero”-nun 22, “Sibir” və “UTairin” 14 uçuşu var. 

Modern. az  


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu