Modern.az

Totanlıların yekdil seçimi kimdir? ®

Totanlıların yekdil seçimi kimdir? ®

Təhsil

26 Oktyabr 2010, 20:38

“Totanlı və Bağbanlar Gəncənin və eləcə də ölkəmizin ən qədim yerlərindən biridir və burada təmiz hava, saf su, geniş yaşıllıqlar var. Lakin bu yerlərin ən dəyərli neməti burada yaşayan təmiz ürəkli, saf qəlbli və təbiət kimi kövrək insanlardır”.
37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Aydın Abbasovun vəkili Həsən Məmmədovun bu sözləri Gəncənin Bağbanlar qəsəbəsində yer alan seçicilərlə görüşün əsas leytmotivi oldu.

Həmin görüşə gələn yüzlərlə yerli sakini bir amal, bir əqidə, bir məqsəd birləşdirirdi. Öz namizədləri Aydın Abbasovla görüşüb, ona öz ürək sözlərini demək, seçici tapşırıqlarını vermək və dəstəklərini nümayiş etmək. Onlarla yerli sakinin çıxışını bir cümlə ilə ifa etsək: “Biz Totanlılar Aydın Abbasova 2005-ci səs vermişik və seçimimizdə yanılmamşıq. Odur ki, 2010-cu il noyabrın 7-də də hamılıqla məhz ona səs verəcəyik”.  

Deputatlığa namizəd Aydın Abbasov öz ənənəsinə sadiq qalaraq hər bir yerli sakinə öz etiramını və hörmətini bu sözlərlə ifadə etdi:
“Aydın Abbasov həmişə seçicilərinin, hər bir gəncəlinin yanında olub, və onların həm sevinclərinə, həm də qayğılarına qələcək də şərik olacaq.
Sübhəsiz ki, Gəncənin də bu güşəsinin özünəməxsus problemləri mövcuddur. Burada yaşayan insanaların da öz qayğı və istəkləri var. Lakin hamı bilir ki, Azərbaycan dövləti daima inkişaf edir və tədricən bütün problemlər öz həllini tapır. Ancaq hamımızın bir və ən ağrılı problemimiz var, bu da Qarabağdır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev daima bu prosesləri öz nəzarətində saxlayır və hamı bilməlidir ki, gec-tez Qarabağda yenidən Azərbaycanın üçrəngli bayrağı dalgalanacaq".

Aydın Abbasov bir daha qeyd etdi ki, öz səlahiyyətləri çərçivəsində o da, ən mötəbər beynəlxalq tribunalardan xalqımızın haqq sözünü dünya ictimaiyyətinə çatdırmağa çalışır. Bu işdə son illərdə Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti və AŞPA-nın Monitorinq Komitəsinin üzvü kimi, əldə etdiyi təcrübə və əlaqələrdən geniş istifadə edir və böyük qələbəmizin yaxınlaşması üçün bu proseslərdə Gəncəliləri layiqincə təmsil edir.

Görüşün sonunda A.Abbasov dedi: “7 noyabrda seçki məntəqələrinə gedib, gələcək qələbələrimizə səs vermək lazımdır”.

 


   Seçki qərargahı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə