Modern.az

Ermənistanda Konstitusiya islahatı əleyhinə ilk mitinq keçirilir

Ermənistanda Konstitusiya islahatı əleyhinə ilk mitinq keçirilir

25 Sentyabr 2015, 20:45


Gümrü şəhərindəki Teatr meydanında siyasi qüvvələrin Konstitusiya islahatları əleyhinə ilk mitinqi başlayıb. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, “Yox” cəbhəsi” hərəkatı Gümrünü daha çox müxalifət şəhəri hesab etdiyindən Konstitusiya islahatları əleyhinə aksiyalara buradan start verib.

Hazırda meydanda 200 nəfərin yığışdığı bildirilir. Polis qüvvələrə meydana yaxın ərazidədir, yaxın küçələrdə də polis maşınları görünüb.

“İrs” partiyasının lideri Raffi Ovannisyan, bu partiyadan deputat Zarun Postandjyan, Erməni Milli Konqresini (EMK) təmsil edən Levon Zurabyan, Aram Manukyan, EMK-nın gənc fəalları da Gümrüdədirlər.

Bugünkü aksiyada Yerevanda keçiriləcək mitinqin vaxtının da dəqiqləşdiriləcəyi gözlənilir.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?