Modern.az

Sahib Alıyevin namizədliyi qeydə alındı

Sahib Alıyevin namizədliyi qeydə alındı

26 Sentyabr 2015, 16:18

Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Sahib Alıiyev 95 saylı Tərtər Seçki Dairəsindən yenidən namizədliyini verib və onun namizədliyi artıq qeydə alınıb.
Bu barədə deputat özünün Facebook səhifəsində də qeyd edib:
“Mənim yenidən deputat olmam üçün imza qoyan və imza toplayan hər kəsə öz minnətdarlğımı bildirirəm!”.

Sahib Alıyev 1964-cü ilin 24 avqustunda Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. Qonşu Daşkənd kənd orta məktəbini bitirib.1986-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə ilə bitirib. 2010-cu ildə “Lider” televiziyasının əməkdaşı Sahib Alıyev 95 saylı Tərtər seçki dairəsindən namizədliyini irəli sürüb və deputat seçilib.

Aytən ZƏHRA 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı