Modern.az

Rusiya və İran Suriyaya xüsusi təyinatlı göndərdi

Rusiya və İran Suriyaya xüsusi təyinatlı göndərdi

Dünya

26 Sentyabr 2015, 18:22


Ərəb mediası Rusiya, İran, Suriya və "Hizbullah" rəhbərliyinin "İslm dövləti" qruplaşmasına qarşı ortaq stateji plan hazırladıqlarından yazıb. Modern.az xəbər verir ki. Küveytin "Əl Rai" qəzeti Suriya ərazisinə rusiyalı və iranlı elit hərbçilərin gətirildiyini yazır. Tərəflər hərbi əməliyyatlar meydanını öz aralarında bir neçə zonaya ayırıblar.

Məhz bunun sayəsində "Hizbullah" qruplaşması qoşunlarının bir hissəsini "İslam dövləti" və "Əl Nüsrə Cəbhəsi" ilə üzbəüz mövqelərə yerləşdirə bilib.
"Əl Rai" qəzetinin məlumatına görə, Dəməşqə şəhər şəraitində hərbi əməliyyatlar aparmaq üzrə ixtisaslaşan 100 professional iranlı zabit gətirilib. Rusiyadan yardım alan Əsəd rejimi isə "Hizbullah"a 75 ədəd T-72 tankı verib.

"Əl Məsdər" qəzetinin məlumatına görə isə Tarsus və Latakiya şəhərlərində Rusiyaya məxsus hərbi blokpostların yaradılması Suriya ordusuna ərazidəki 2800 hərbçisini "İslam dövləti"nin üzərinə göndərməyə imkan verib.  

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır