Modern.az

Bu il Azərbaycanda korrupsiya ilə bağlı 152 şəxs barəsində cinayət işi məhkəməyə verilib

Bu il Azərbaycanda korrupsiya ilə bağlı 152 şəxs barəsində cinayət işi məhkəməyə verilib

Təhsil

27 Oktyabr 2010, 09:40
2010-cu ilin on ayı ərzində korrupsiya ilə bağlı 152 şəxs barəsində 80 cinayət işi istintaq olunaraq müxtəlif məhkəmələrə göndərilib. Bu barədə " Azadlıq" radiosuna Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda isə idarənin müstəntiqləri tərəfindən 55 iş üzrə ibtidai istintaq həyata keçirilir.

Ötən il isə korrupsiya cinayətləri ilə bağlı 116 şəxs barəsində 103 iş istintaq olunaraq məhkəmələrə göndərilib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə