Modern.az

Kral Məkkə faciəsinə görə 3 vəzifəli şəxsi cəzalandırdı

Kral Məkkə faciəsinə görə 3 vəzifəli şəxsi cəzalandırdı

27 Sentyabr 2015, 22:12



Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə gün öncə Məkkədə yaşanan dəhşətli faciə səbəbinə görə həcc nazirini, Məkkə bələdiyyə baqanını və Məkkə polis rəisini vəzifədən kənarlaşdırıb.

Modern.az-ın xarici  KİV-lərə istinadən verdiyi xəbərə görə, builki Həcc mərasimində dalbadal yaşanan iki faciədə yüzlərlə adamın həyatını itirməsi kral Salman bin Əbdüləzizi qəti qərarlar almağa məcbur edib. Ölkənin Həcc naziri Bender nin Məhəmməd əl-Hacar, Məkkə bələdiyyə başqanı Usamə Fadl Əl Barr və Məkkə polis rəisi vəzifələrini itirdiblər.

Xatəırladaq ki, sentyabrın 24-də Mina vadisində şeytanı daşlama mərasimi əsnasında yaşanan izdihamda 769 adam ölmüşdü. Əvvəlki həftə isə Kəbədə şiddətli yağmur və fırtına səbəbiylə Məscidi Haramda olan bir kran aşaraq zəvvarların üzərinə düşmüş və 107 adam həyatını itirmişdi.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir