Modern.az

Azərbaycan Prezidenti Rusiyaya gedib

Azərbaycan Prezidenti Rusiyaya gedib

Təhsil

27 Oktyabr 2010, 11:46


Oktyabrın 27-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Prezidenti Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıb.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan Rusiya prezidenti Dmitri Medvedevin dəvəti ilə bu gün Həştərxanda bir araya gələcək. Üçtərəfli görüş zamanı  Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Astanadakı sammiti çərçivəsində ikitərəfli görüş keçirmələri barədə yekun qərar qəbul ediləcək

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə