Modern.az

Qorbaçov xəstəxanaya yerləşdirildi

Qorbaçov xəstəxanaya yerləşdirildi

28 Sentyabr 2015, 15:59

SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun səhhəti qəfil pisləşib. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, gecə saatlarında özünü pis hiss edən Qorbaçov təcili olaraq Moskvadakı klinikalardan birinə yerləşdirilib.

Bundan əvvəl, iyulun ortalarında onun beynində və ürəyində yaranan problemlərə görə qismən iflic olmuşdu.

84 yaşlı Qorbaçov yerli jurnalistlərdən birinə hazırda özünü gümrah hiss etdiyini bildirib.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı