Modern.az

Obama: “Rusiyaya qarşı sanksiyalar ləğv edilməyəcək”

Obama: “Rusiyaya qarşı sanksiyalar ləğv edilməyəcək”

Dünya

28 Sentyabr 2015, 22:21


BMT Baş Assambleyasında çıxış edən ABŞ prezidenti Barak Obama Rusiyanı beynəlxalq vəzifələrin və problemlərin diplomatik yolla həlimə çağırıb. Modern.az xarici mediaya istinadən bildirir ki, Donbas böhranını və Rusiyaya qarşı sanksiyalara toxunan Obama böhran həll edilənə qədər sanksiyaların uzadılmasına çağırış bəyanatı ilə çıxış edib.

Obama təəssüflənir ki, Rusiya Krim və Ukrayna məsələsində diplomatiya yolu ilə getməyib, nəticədə ABŞ Rusiyaya qarşı sanksiya tətbiq etməli olub. Onun sözlərinə görə, sanksiyalar Rusiyadan intellektual miqrasiyaya, milli valyutanın çökməsinə və yeni iqtisadi böhrana gətirib çıxarıb. “Biz Rusiyanın təcrid olunmasını istəmirik. Bizə güclü Rusiya lazımdır ki, birlikdə dünyada təhlükəsizlik üzərində işləyək”, - Obama çıxışında vurğulayıb.

ABŞ prezidenti qeyd edib ki, həmişəki kimi münaqişənin diplomatik yolla həllinə israr edir. Onun fikrincə, buna bütün tərəflər, o cümlədən Ukrayna və Rusiya da maraqlıdırlar.

“Diplomatiya – çox çətin əməkdir. Nəticəsi bəzən istənilən kimi olmur və siyasi əlaqələr populyarlaşmır, ancaq böyük dövlətlərin rəhbərləri problemin diplomatik həllinə getməlidirlər”, - Obama çıxışında xatırladıb.  


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir