Modern.az

Ayətullah Əli Xamneyi ölməyibmiş

Ayətullah Əli Xamneyi ölməyibmiş

15 Oktyabr 2009, 20:46

Oktyabrın 15-də bəzi xarici mətbu orqanları İranın ali  dini lideri Ayətullah Əli Xamneyinin ölümü barədə xəbər yayıb. Belə ki, həmin məlumatlarda oktyabrın 12-də yerli vaxtla saat 14.30-da Xamneyinin huşunu itirməsi və təcili xəstəxanaya yerləşdirilməsi bildirilib. İran müxalifəti də Xamneyinin oktyabrın 14-də dünyasını dəyişdiyini iddia edib.
Bu xəbər Azərbaycanın aparıcı internet portallarında da yer alıb.
Lakin günün sonlarında Ayətullah Xamneyinin Azərbaycandakı təmsilçisi Höccətülislam Seyyid Əli Əkbər Ocaqnejad islam-azeri.az-a verdiyi müsahibəsində bildirib ki, bu məlumat yalan və dezinformasiyadan başqa bir şey deyil: "Bu şayiələr həmişə olub, indi də var. Bir gün keçəcək və hamı görəcək ki, bu yalan imiş".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir