Modern.az

Qarabağ danışıqlarını yarımçıq qoyan gülləbaran....

Qarabağ danışıqlarını yarımçıq qoyan gülləbaran....

Təhsil

27 Oktyabr 2010, 14:33

Ermənistan parlamenti bu günkü iclasını bir dəqiqəlik sükutla başlayıb. 27 oktyabr 1999-cu ildə parlamentə daxil olan terrorçular qanunverici orqanı gülləbaran edib. Nəticədə parlamentin sədri Karen Dəmirçiyan, baş naizr Vazgen Sərkisyan, vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyan və daha 4 deputat  həlak olub. Terroru törədən Nairi Unanyan həbs edilsə də, bu terror aktının bütün təfərüaatları açılmayıb.

O vaxt prezident Robert Köçəryanın apardığı danışıqlardan sonra yaraqlılar girov götürdüyü deputatları azad edib, təslim olmuşdular və sonradan ömürlük həbs edilmişdilər.

Amma 2000-ci ildə həmin gülləbaran vaxtı yaraqlılara silah tapmaq ittihamıyla həbs edilən Norayr Yegizaryan öz kamerasında ölü tapıldı. O zaman polis bildirdi ki, Yegizaryan kameradakı elektrik sobasından düzgün istifadə etməyib, onu cərəyan vurub.

4 il sonra, 2004-cü ildə, parlament güllbaranına görə tutulan 7 nəfərdən daha biri – Vram Qalstyan öz kamerasında asılmış halda tapılıb. Həbsxana rəhbərliyi bildirdi ki, məhbus intihar edib.

Bu ilin may ayında isə gülləbarana görə həbs edilən 3-cü şəxs də vəfat edib.

Məhbus Hamlet Stepanyan şənbə günü səhər öz yatağında ölü tapılmışdı. Hamlet Stepanyan 1999-cu il oktyabrın 27-dəki gülləbaran zamanı, silahlı şəxslərə parlament zalına girməyə yardım etməyə görə mühakimə edilmişdi və 14 il həbs cəzası almışdı.

Artıq həmin gülləbaranın təşkilatçısı olan Nairi Unanyanın səsləndirdiyi motivlərə Ermənistanda çoxları şübhəylə yanaşır. Unanyan deyirdi ki, guya xalqın qanını içən məmurlardan qisas almaq üçün parlamenti tutmuşdu. Amma artıq çoxları inanır ki, həmin hücumun arxasında parlament binasından, hətta ölkədən kənarda duran çox böyük qüvvələr dayanır.

Bir sıra siyasi müçahidəçilər hesab edir ki, bu gülləbaranı Rusiya təşkil edib. Moskvanın məqsədi ABŞ-ın himayəsi altında Dağliq Qarabağa dair həmin il keçirləcək Azərbaycan –Ermənistan danışıqlarını pozmaq olub. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə