Modern.az

Məmur oğlunun toy karvanı yolda özbaşınalıq etdi - VİDEO

Məmur oğlunun toy karvanı yolda özbaşınalıq etdi - VİDEO

Dünya

29 Sentyabr 2015, 11:10


Qazaxıstanın Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmurunun oğlunun toyu zaman çəkilən görüntülər geniş rezonans doğurub.

Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, internetdə yayılan görüntülər toy karvanının yol hərəkət qaydalarını kobud şəkildə pozduğunu və nömrəsiz maşınların paytaxt Astana küçələri ilə arxa-arxaya hərəkətini  və yolun qarşı tərəfinə çıxdığını əks etdirir.

Məlumata görə, Qazaxıstan Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmurunun oğlunun toyundan görüntülər Astananın mərkəzi Kunayev küçəsi ilə Turan prospekti arasındakı kəsişmədə çəkilib.

Qazaxıstanın siyasi rəhbərliyi də fakta sərt reaksiya verib. Toy karvanındakı 9 nəfər saxlanılıb və onlar inzibati məsuliyyətə cəlb olunmaqla yanaşı, sürücülük hüququndan məhrum ediliblər.

 



Vüqar İsmayılov
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?