Modern.az

36 ildən sonra ilk dəfə ABŞ prezidenti iranlı nazirin əlini sıxdı

36 ildən sonra ilk dəfə ABŞ prezidenti iranlı nazirin əlini sıxdı

Dünya

29 Sentyabr 2015, 14:07


ABŞ prezidenti Barak Obama və İranın xarici işlər naziri Məhəmməd Cavad Şərif BMT-nin Baş Assambleyasının 70-ci iclasında əl sıxıblar.

Modern.az xəbər verir k,. bu barədə İranın “İRNA” agentliyi məlumat yayıb.  

İran nümayəndə heyətinin üzvü agentliyə açıqlamasında ABŞ prezidenti ilə salamlaşmanın öncədən nəzərədə tutulmadığını deyib.   Bu 1979-cu il İran inqilabından sonra ABŞ preziodenti ilə iranlı məmurun ilk salamlaşması olub.  

Bundan başqa, “altılıq” ölkələri (ABŞ, Fransa, Böyük Britaniya, Rusiya, Çin + Almaniya) və İran arasında BMT assambleyası çərçivəsində müzakirələr aparılacaq.    

Vüqar İsmayılov 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi