Modern.az

Kadırov gəlin paltarlarına “müharibə” elan etdi

Kadırov gəlin paltarlarına “müharibə” elan etdi

29 Sentyabr 2015, 15:05

Çeçenistanın dövlət başçısı Ramzan Kadırov respublikada gəlinlik donlarının həddindən artıq açıq-saçıq olmasına görə onları tikən atelyelerin və toy salonlarının rəhbərlərinə xəbərdarlıq edib. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, o, bunu regionlardakı rayon rəhbərlərinin müşavirəsində deyib: “Son zamanlar gəlinlər Avropasayağı kifayət qədər açıq-saçıq donlar geyinməyə başlayıblar. Bu, düz deyil və çeçen mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur. Hər şeyi elə etmək vacibdir ki, milli adət və ənənələr qorunub saxlanılsın. Toy salonları da öz növbəsində milli toy paltarlarının satışına keçməlidir”.

Onun sözlərinə görə, əgər gənc nəsil yad ideologiyaya meyl edəcəksə, öz varlığını itirmək təhlükəsi ilə üzləşəcək.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi