İki gün öncə İranda keçirilən KİV və İnformasiya agentliklərinin beynəlxalq sərgi festivalında qatılan Ermənistan pavilyonunda Dağlıq Qarabağla bağlı simvolları yerləşdirilməsi tədbirdə iştirak edən Azrərbaycan nümayəndə heyətinin narazılığı ilə müşayət edilmişdi.
Azərbaycan tərəfi dərhal bu şəkillərin erməni pavilyonundan çıxarılmasını tələb etmişdi. İran tərəfi bunu yerinə yetirmişdi.
Modern.az-ın məlumatına görə, bu gün isə ermənilər yenidən “Biz və bizim dağlar” adlanan reproduksiyanı öz pavilyonlarına qoyublar. İran tərəfi isə buna etiraz etmək istəyən azərbaycanlı jurnalistlərin erməni pavilyonuna tərəf getməsinə əngəl yaradıb. Təhlükəsizlik xidməti bununla bağlı İran Ermənistan qarşısında öhdəlik götürdüyünü deyib.