Modern.az

Məhkəmə İslam Partiyasını terror təşkilatı kimi tanıdı

Məhkəmə İslam Partiyasını terror təşkilatı kimi tanıdı

29 Sentyabr 2015, 22:20

Tacikistanın Ali Məhkəməsi İslam İntibah Partiyasını terror təşkilatı kimi tanıyıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, partiya qanunsuz elan edilib, onun fəaliyyəti respublika ərazisində qadağan olunub.

Bundan əvvəl Tacikistan prokurorluğu Ali Məhkəməyə həmin partiyanın qadağan edilməsi ilə  bağlı müraciət göndərib.

Baş prokurorluqda bəyan ediblər ki, Tacikistan müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzoda 2010-cu ildən başlayaraq hərbi qiyam hazırlayıb. Qeyd edilir ki, Nazarzoda 2010-cu ildən  2015- ci ilin avqust ayına qədər İslam İntibah Partiyasının sədri Muhiddin Kabirinin göstərişi ilə cinayətkar  birlik yaratmaq məqsədilə 300 nəfərlik 20-dən çox cinayətkar qrup təşkil edib. 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir