Modern.az

Tanınmış aktyorun sevgilisi intihar etdi

Tanınmış aktyorun sevgilisi intihar etdi

Dünya

29 Sentyabr 2015, 22:39


Amerikalı tanınmış aktyor Cim Kerrinin keçmiş sevgilisi Katriona Uayt sentyabrın 28-də axşam saatlarında Los-Ancelesdə intihar edib. Modern az xarici mediaya istinadən bildirir ki, qızın meyitini onun yanına qonaq gələn dostları aşkar ediblər. 

İlkin məlumata görə, o həddindən çox dərman qəbul etdiyinə görə ölüb.

 53 yaşlı Kerri və 28 yaşlı Katriona Uaytın münasibətləri 2012-ci ildən başlayıb, ancaq bir-neçə ay sonra aralanıblar. 2015- ci ilin may ayında yenidən görüşməyə başlayıblar, ancaq sentyabrın 24-də cütlüyün münasibəti pozulub.

Uayt ölüm qabağı “Twitter” də bunları yazıb: “Sonuncu tvitimi başa vuraraq ümid edirəm ki, bütün yaxın adamlarıma qarşı mehriban idim”.

 Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür