Modern.az

Fəzail Ağamalı Mətbuat Şurasına şikayət edib

Fəzail Ağamalı Mətbuat Şurasına şikayət edib

Təhsil

27 Oktyabr 2010, 18:03

“Fakt” qəzeti 07 noyabr 2010-cu il tarixdə  Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı haqqında həqiqətə əsaslanmayan fikirlər dərc edib. Ana Vətən Partiyasının mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, artıq bu “qara piar”la, “Fakt” qəzetinin 27-30 oktyabr 2010-cu il tarixli sayında dərc olunan böhtan və qərəzli fikirlərlə bağlı  Mətbuat Şurasına müraciət olunub.

“Fakt” qəzeti bu cür  həqiqətə uyğun olmayan, qərəzli məlumatları yaymağa davam edərsə, Ana Vətən Partiyasının mətbuat xidməti məhkəməyə müraciət edəcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə