Seçicilərlə canlı görüşə və canlı təmasa üstünlük verən Fəzail Ağamalı oktyabr ayının 25-də Salyan rayonunun Təzəkənd, Gomuşlu və Çadırlı və oktyabırın 26-da Neftcala rayonunun Aşağı Surra, Qardaşbəyli, Qaraqaşlı, Cəngan, Şorkənd və Beşdəli kəndlərində görüşlər keçirib.
Yüzlərlə seçicinin iştirak etdiyi görüşlərdə əhali yüksək siyasi fəallıq nümayiş etdirib ölkədə, o cümlədən onların yaşadıqları bölgədə gedən quruculuq işləri, əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətdən razılıqlarını bildiriblər. Eyni zamanda seçicilər kəndlərin səciyyəvi problemi olan qazlaşdırılma, kəndlərarası yolların bərpası, yeni məktəb binalarının tikintisi, birsıra məktəblərin əsaslı təmiri kimi məsələlər üzərində dayanıblarr. Fəzail Ağamalı ötən beş il ərzində seçiciləri qarşısında hesabatla çıxış edib, qanunların müzakirəsi və qəbulunda, regionun problemlərinin aradan qaldırılması üçün müvafiq hökümət strukturları qarşısında qaldırdığı və həyata keçrilməsinə nail olduğu sosial layihələr, dövlətçiliyin möhkəmləndirilməsi, ayrı – ayrı dövlətlərin ölkəmizə yönələn təhdidlərinin qarşısının alınması, işğal olunmuş torpaqlarımızın azad edilməsi sahəsindəki fəaliyyətinin vacib məqamları üzərində dayanıb.
Fəzail Ağamalı seçicilərin qaldırdığı problemlərin həllinə ətraflı aydınlıq gətirib, ölkə pezidenti İlham Əliyevin regionların sosial- iqtisadi inkişafı ilə bağlı imzaladağı proqramların detalları üzərində dayanıb, 2013-cü ilə qədər bütün ölkədə olduğu kimi, Salyan və Neftçala rayonlarının da tam qazlaşdırılmasının, yolların bərpasının, məktəblərin və digər sosial obyektlərin ən müasir standartlar səviyyəsində tikilib başa çatdırılacağını onların diqqətinə çatdırıb. Seçicilər qarşıdan gələn parlament seçicilərində bir daha Fəzail Ağamalıya səs verəcəklərini bəyan ediblər.
|
|
|
|
|
|
|