Modern.az

Ruhani təcili müşavirə keçirib

 Ruhani təcili müşavirə keçirib

Dünya

30 Sentyabr 2015, 22:03

Nyu-Yorkdakı görüşlərini yarımçıq qoyaraq Tehrana qayıdan İran Prezidenti Həsən Ruhani sentyabrın 30-da Minada baş vermiş faciə ilə əlaqədar müşavirə keçirib. 

Modern.az AzərTaca istinadən xəbər verir ki, prezidentə məlumat verilib ki, faciə nəticəsində 239 iranlı zəvvar ölüb, 14-ü yaralanıb, 241 isə itkin düşüb.Qeyd olunub ki, həlak olan zəvvarların yaxınlarının heç biri ölən qohumlarının Məkkədə dəfn edilməsini istəməyiblər. Onlar cəsədlərin İrana gətirilməsini tələb edirlər. 

Prezident H. Ruhani cəsədlərin tezliklə İrana gətirilməsi, itkin düşənlərin şəxsiyyətlərinin dəqiqləşdirilməsi və yaralıların ciddi müalicə edilməsi haqqında tapşırıqlar verib.

  Qeyd edək ki, İranın səhiyyə naziri Səudiyyə Ərəbistanına yollanaraq Məkkə şəhərinin xəstəxanalarında müalicə olunan zəvvarlarla görüşüb.

   Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir