Modern.az

İTV-nin bu günkü “siyasi” efiri: “Günəbaxan Turan”, Rauf Arifoğlu, Eldar Quliyev, Səməd Seyidov, Fəzail Ağamalı və digərləri…

İTV-nin bu günkü “siyasi” efiri: “Günəbaxan Turan”, Rauf Arifoğlu, Eldar Quliyev, Səməd Seyidov, Fəzail Ağamalı və digərləri…

Təhsil

28 Oktyabr 2010, 01:30


İctimai Televiziyanın bu günkü canlı efirində 4 dəqiqəlik pulsuz vaxtdan 25 saylı Nizami ikinci, 28 saylı Sabunçu üçüncü, 36 saylı Xətai dördüncü, 52 saylı Quba, 60 saylı Salyan –Nefçala, 80 saylı İmişli-Beyləqan seçki dairələri üzrə deputatlığa namizədlər istifadə edəcəklər.

Bu günkü efirdə də xeyli tanınmış üzləri görəcəksiniz. Efirin “favoriti” böyük Azərbaycan şairinini adını daşıyan 25 saylı Nizami ikinci seçki dairəsidir. Bu seçki dairəsini “qanlı dairələr” siyahısına salmaq olar. Debat stullarında üz-üzə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, ANS-in “Günəbaxan” verilişinin məşhur aparıcısı Turan İbrahimov, siyasətçi-biznesmen Bədrəddin Quliyev, Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü, YAP-ın vahid namizədi Sədaqət Vəliyeva və bitərəf Faiq Məmmədov oturacaq.

Daha sonra İctimai Televiziyada onları 28 saylı Sabunçu seçki dairəsinin namizədləri əvəz edəcək. Sabunçu camaatına öz vədlərini hazırkı millət vəkili Eldar Quliyev, “İslahat” blokundan Telman Quliyev, YAP-ın vahid namizədi Hüseynqulu Ələkbərov və bitərəf Ramiz Sadıxov verəcək.

36 saylı Xətai dördüncü seçki dairəsini efirdə 6 namizəd təmsil edəcək. Onların içində 2 tanınmış namizəd var. YAP-ın vahid namizədi Səməd Seyidov və KXCP-ni təmsil edən QHT rəhbəri Oqtay Güləliyev.  Fərəməz Cavadov, Anar Hüseynov, İlham Mürsəlli və Sitarə Zeynalova seçkilərə ilk dəfə qatılıblar.

Bu gün həmçinin şimal bölgəsinin namizədləri də çıxış edəcək. 52 saylı Quba seçki dairəsindən hazırkı deputat Vahid Əhmədov, Müasir Müsavatçı Vaqif Arzumanlı, AMİP-dən Firudin Kazımlı və YAP-çı namizəd Hüseyn Kərimov 4 dəqiqə ərzində danışacaqlar.

 İTV efirinin sonrakı qonaqları 60 saylı Salyan-Neftçala seçki dairəsi olacaq. Bu dairədən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı,  DADP-dan Əziz Həsənov, bitərəflər Zabil Babayev, İlham İsmayılov və KXCP-dən Ədalət Yusubov çıxış edəcək.

Ən nəhayət İTV-nin sonuncu namizəd qonaqları 80 saylı İmişli-Beyləqan seçki dairəsindən olacaq. Bu dairədən olan namizədlər 4 nəfərdir. Tanınmış hüquq müdafiəçisi Çingiz Qənizadə, YAP namizədi Tahirə Rüstəmli, bitərəflər Mürşüd Mirzəyev, Fəzail Mustafayev və Tahirə Rüstəmli çıxış edəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə