Modern.az

İlham Əliyev Ukraynada görüşlərə başlayıb

İlham Əliyev Ukraynada görüşlərə başlayıb

Təhsil

28 Oktyabr 2010, 13:38

Oktyabrın 28-də Kiyevdə, Ukrayna Prezidenti Administrasiyasının binası qarşısında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. İlham Əliyevi Ukrayna prezidenti Viktor Yanukoviz qarşılayıb.
Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş meydanda İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. (AzərTAc)
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Hərbi orkestrin ifasında Azərbaycanın və Ukraynanın dövlət himnləri səslənib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna əsgərlərini salamlayıb.
Ukraynanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Prezident Viktor Yanukoviçə təqdim olunub.
Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Viktor Yanukoviç Kiyev şəhərindəki “Naməlum əsgər” abidəsini ziyarət ediblər.
Prezident İlham Əliyev və Prezident Viktor Yanukoviç “Əbədi məşəl”in önünə əklil qoyublar. Prezidentlər 1941-45-ci illərin Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad ediblər.

Prezidentlər 1930-cu illərdə aclıqdan həlak olanların xatirəsinə ucaldımış abidəni də ziyarət ediblər.
Dövlət başçıları abidənin önünə gül qoyublar, aclıq qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər.

İlham Əliyev qədim Kiyev şəhərinin mənzərəsini seyr edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə