Modern.az

“Elşad Paşasoy 72 saylı dairədə öndədir”

“Elşad Paşasoy 72 saylı dairədə öndədir”

28 Oktyabr 2010, 14:01

Cənub bölgəsində olan jurnalist qrupu Elşad Paşasoyun şanslarının yüksək olduğunu bildirir

72 saylı Masallı –Yardımlı secki dairəsindən olan şikayətlərin araşdırılması və adıçəkilən dairədə seçkiöncəsi vəziyyətin öyrənilməsi  ilə bağlı bir qrup jurnalist cənub bölgəsində olub.
Bu barədə jurnalist qrupunun rəhbəri Əlişir Əhəd bildirib ki, həmin dairədə bir çox neqativ hallar aşkar ediblər: “Bu qanunsuzluğun aradan qaldırılması ücün bir sıra beynəlxalq təşkilatlara müraciət olunub. Elə bunun nəticəsidir ki, ATƏT-in rəsmiləri bir neçə dəfə adicəkilən dairədə olublar və vəziyyətlə ətraflı tanış olublar”.

Daha sonra, Əlişir Əhəd bildirib ki,  həmkarımız Elşad Paşasoyun həmin dairədən namizədliyini irəli sürməsi əhali tərəfindən yüksək qarşılanıb.

“Biz jurnalistlərlə birlikdə həmin kəndlərdə yüzlərlə insanla görüş keçirdik. Elə kəndlər oldu ki, həmin kəndlərdə seçicilər 100 faiz Elşad Paşasoya səs verəcəklərini dedilər”.

Masallının Güllütəpə, Tatyanoba, Yeni Zuvand, İsilər, Qəriblər kəndlərində sakinlər bildiriblər ki, əgər bu dairədən Elşad Paşasoy secilməyəcəksə, demək, seçkilər saxtalaşdırılacaq.

Bundan əlavə, Yardımlı rayonun Çayüzü, Daşkənd və Nisəqala kəndlərində də olan jurnalist qrupu əhali ilə görüşlər keçirib. Vətəndaşlar digər namizədlərə narazılıqlarını bildirməklə yanaşı, Elşad Paşasoyu deputat görmək arzusunda olduqlarını söyləyiblər.

Qrupun yekun təəssüratlarını bölüşən Əlişir Əhəd bildirib ki, jurnalistlərin bu səfəri bir çox məsələlərə aydınlıq gətirib. “Gördüklərimizin çoxu və bizdə yaranan təəssürat Bakıda danışılan yalanları alt-üst etmiş oldu. Mən və həmkarlarımız bu gorşlərdən belə nəticəyə gəldik ki, əgər, saxtakarlıq olmasa, Elşad Paşasoy 72 saylı dairənin deputatıdır”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir