Modern.az

7 ölkə Rusiyaya qarşı BİRLƏŞDİ

7 ölkə Rusiyaya qarşı BİRLƏŞDİ

Dünya

2 Oktyabr 2015, 10:18

Rusiya hərbi hava qüvvələrinin Suriyada “İslam dövləti” (İŞİD) terror təşkilatına qarşı apardığı əməliyyatlar dünya siyasi çevrələrinin və aparıcı KİV-nin diqqət mərkəzindədir.

Məlumatlara görə Rusiya bombardmançı təyyarələri İŞİD hədəfləri ilə yanaşı, səhvən dinc sakinlərin olduğu bölgələrə avizərbələr endirib.  

Bu isə ciddi narazılıq yaradıb.  

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın mülki əhaliyə qarşı atdığı addım 7 dövlətin etirazına və onların birgə bəyanat verməsinə səbəb olub.  

ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Türkiyə  Qətər, Səudiyyə Ərəbistanının yaydığı birgə bəyanatda göstərilib ki, Rusiya Suriya müxalifətinə və sivil vətəndaşlara qarşı əməliyyatları dayandırmalıdır:  

“Suriya müxalifətinə (söhbət konsturktiv müxalifətdən gedir-red) və sivil vətəndaşlara yönələn aviazərbələrə dərhal son verilməlidir. Rusiya yalnız İŞİD-ə qarşı mübarizəyə köklənməlidir. Rusiya hava qüvvələrinin səhvi nəticəsində Ham, Xüms və İdlibdəki mülki itkilərə səbəb olan və İŞİD-i hədəfə almayan zərbələrindən dərin narahatlıq keçiririk”,-deyə bildirilib.

O da qeyd edilib ki, bu cür hərbi fəaliyyətlər Suriya münaqişəsin daha da alovlandırır, radikallığın körüklənməsinə xidmət edir.  

Aqşin Kərimov  


Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir