Modern.az

Deputatın mənəvi borcu... ®

Deputatın mənəvi borcu...  ®

Təhsil

28 Oktyabr 2010, 14:51

“Hər bir seçicimin, hər bir Gəncəlinin qayğı və problemlərini bilməyi, onları gündəlik iş planlarımda əks etdirməyi və deputat səlahiyyətləri çərçivəsində həll etməsi həmişə özümə vəzifə borcundan da artıq, mənəvi və insani borc bilmişəm” - 37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən Milli Məclis deputatlığına namizəd Aydın Abbasovun bu sözləri Gəncənin Səməd Vurğun küçəsində keçirdiyi məhəllə görüşünün əsas məğzini təşkil etdi.  

Artıq onlara doğma olan bir insanın, hamının “Aydın” deyə çağırdığı bir millət vəkilinin görüşünə gələn insanlar sanki bir isti ovqatla gəlmişdilər bu görüşə. Elə burada gedən səmimi söhbət və müzakirələr də bir daha insanları daha çox maraqlandıran suallar ətrafında getdi. Gəncənin gələcək inkişafı, sosial məsələlərin həlli, və şübhəsiz ki, ən ağrılı yerimiz olan Qarabağ problemi.   Aydın Abbasov öz çıxışında bir daha vurğuladı ki, o, Gəncəni Milli Məclisdə, ölkəmizi isə beynəlxalq təşkilatlarda təmsil etdiyi üçün həmişə fəxr hissi keçirib.

“Ötən seçkilərdə məhz bu məhəllərin sakinləri cox yüksək fəallıq göstərdilər və buna görə də mən onların qarşısında baş əyirəm. Əminəm ki, 7 noyabr parlament seçkilərində də bu məhəllələrin sakinləri ölkəmizdəki sabitliyə və çox aydın bir gələcəyə səsverməklə öz vətəndaşlıq borclarından layiqincə çıxacaqlar.        

 

 

 

 

 

 


Seçki qərargahı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə