Modern.az

Azərbaycanın siyasi partiyaları - Bir sədr və bir möhürdən ibarət qurumlar - SİYAHI

Azərbaycanın siyasi partiyaları - Bir sədr və bir möhürdən ibarət qurumlar - SİYAHI

4 Oktyabr 2015, 14:09


Azərbaycan Respubblikası növbəti seçki ərəfəsindədir. 1 noyabr tarixində Milli Məclisə növbəti seçkilər keçiriləcək. Azərbaycanda parlament seçkiləri majoritar sistemlə keçirildiyindən deputatlığa namizəd seçkilərdə partiya siyahısı ilə deyil, fərdi qaydada iştirak etməlidir. Partiya siyahısı əsasında keçirilən proporsional seçkidə isə səslər ayrı-ayrı şəxslərə deyil, partiyalara verilir.
Bir sözlə, Milli Məclis siyasi partiyalardan deyil, fərdi deputatlığa namizədlərdən formalaşır.

Ədliyyə Nazirliyindən Modern.az saytına verilən məlumata görə, hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 55 siyasi partiya mövcuddur. Amma bu partiyaların böyük əksəriyyətinin nəinki ictimai rəyə təsiretmə imkanı yoxdur, heç onların varlığı ilə yoxluğu belə, bilinmir.

Araşdırmalar da göstərir ki, siyasi partiya kimi qeydiyyata alınmış bu qurumların əksəriyyəri bir sədr və bir möhürdən ibarətdir. Hətta siyasi proseslərdən yazan jurnalistlər belə, qeydiyyatdan keçmiş əksər siyasi təşkilatların üzvləri bir yana qalsın, sədrlərini tanımırlar. Jurnalistlərin görüb-tanımadığı partiya sədrlərini isə ictimaiyyət heç tanımır...

Modern.az saytı Azərbaycanın siyasi mənzərəsini əks elətdirən partiyaların siyahısını təqdim edir.

 

Siyasi partiyanın adı

Qeydiyyat tarixi

1.

Azərbaycan Milli İstiqlal Partiyası


17.07.1992

2.

Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası


24.07.1992

3.

Azərbaycan Xalq Demokratik Partiyası


11.08.1992

4.

“Ana Vətən” Partiyası


11.08.1992

5.

Milli Demokrat İdrak Partiyası


11.08.1992

6.

Azərbaycan Kəndli Partiyası


23.09.1992

7.

Vətəndaş Həmrəyliyi Partiyası


03.11.1992

8.

Müsavat Partiyası


08.12.1992

9.

“Birlik” Partiyası


18.12.1992

10.

Yeni Azərbaycan Partiyası


18.12.1992

11.

Vahid Azərbaycan Milli Birlik Partiyası


13.01.1993

12.

Vahid Azərbaycan Partiyası


13.01.1993

13.

Demokratik Azərbaycan Dünyası Partiyası


10.02.1993

14.

Müstəqil Azərbaycan Partiyası


10.02.1993

15.

Milli Qurtuluş Partiyası


03.03.1993

16.

Azərbaycan Yurddaş Partiyası


12.03.1993

17.

Azərbaycan Ümid Partiyası


05.05.1993

18.

“Qorqud” Partiyası


10.11.1993

19.

Azərbaycan Milli Hərəkat Partiyası


02.03.1994

20.

Azərbaycan Kommunist Partiyası


02.03.1994

21.

Azərbaycan Milli Dövlətçilik Partiyası


12.10.1994

22.

Azərbaycan Vətənpərvərlər Partiyası


12.10.1994

23.

Azərbaycan Demokratik Sahibkarlar Partiyası


17.05.1994

24.

Azərbaycan Naminə Alyans Partiyası


22.06.1995

25.

Azərbaycan Demokratik Maarifçilik Partiyası


04.08.1995

26.

Azərbaycan Sosial Rifah Partiyası


04.08.1995

27.

Azərbaycan Liberal Partiyası


14.08.1995

28.

Azərbaycan Sosial Demokrat Partiyası


01.09.1995

29.

Azərbaycan Xalq Cəbhəsi Partiyası


01.09.1995

30.

Azərbaycan Vahid Kommunist Partiyası


19.09.1995

31.

Sosial Ədalət Partiyası


11.12.1998

32.

Milli Konqres Partiyası


11.12.1998

33.

Vəhdət Partiyası


11.12.1998

34.

Azərbaycan Respublikaçılar Partiyası


09.07.1999

35.

Azərbaycan Xalq Partiyası


09.07.1999

36.

Azərbaycan Liberal Demokrat Partiyası


09.07.1999

37.

Azərbaycan Demokrat Partiyası


03.02.2000

38.

“Azərbaycan Mübarizləri” Partiyası


27.05.2000

39.

“Ədalət” Partiyası


08.05.2002

40.

“Milli Vəhdət” Partiyası


08.05.2002

41.

Müasir Musavat Partiyası


08.05.2002

42.

Azərbaycan Azad Respublikaçılar Partiyası


08.05.2002

43.

Böyük Quruluş Partiyası


12.08.2005

44.

Azadlıq Partiyası


12.08.2005

45.

Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası


12.08.2005

46.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası


12.08.2005

47.

Azərbaycan Tərəqqi Partiyası


12.08.2005

48.

Böyük Azərbaycan Partiyası


12.08.2005

49.

Azərbaycan Təkamül Partiyası


12.08.2005

50.

Vətəndaş Birliyi Partiyası


12.08.2005

51.

Klassik Xalq Cəbhəsi Partiyası


31.01.2007

52.

Vətəndaş və İnkişaf Partiyası


10.08.2007

53.

Azərbaycan Milli Demokrat Partiyası


24.12.2008

54.

Aydınlar Partiyası


19.11.2009

55.

Milli Dirçəliş Hərəkatı Partiyası


31.05.2011



A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub