Modern.az

Olland Putinlə görüşünün detalı barədə DANIŞDI: “Təklif verdim”

Olland Putinlə görüşünün detalı barədə DANIŞDI: “Təklif verdim”

Dünya

5 Oktyabr 2015, 09:28

 

“Rusiya hazırda Suriya münaqişəsi məsələsində bizim mütttəfiq deyil. Amma bir gün konfliktin siyasi yolla həllinə girişirsə və “İslam dövləti” (İŞİD) terror təşkilatının mövqelərinə zərbələr endirərsə, o zaman bizim müttəfqimiz olar. Mən belə olmasını arzulayıram”.

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə bunu Fransa prezidenti Fransua Olland ARTE telekanlına müsahibəsində bildirib.

O, ötən həftənin cümə günü rusiyalı həmkarı Vladimir Putinlə Yelisoy sarayında keçirdiyi görüşün Suriya ilə bağlı bəzi detallarını da açıqlayıb. Fransa lideri Suriyada yalnız İŞİD-ə qarşı əməliyyat aparmağn vacibliyi barədə Putinə təklif verdiyini deyib.

Qeyd edək ki, Olland və Putin oktyabrın 2-də “Normand dördlüyü” formatında (Fransa, Almaniya, Rusiya, Ukrayna) liderlərin görüşü çərçivəsində təktəbətək müzakirələr aparıblar.

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!