Modern.az

İlham Əliyev buğda dolu qabı aclıq abidəsinin qarşısına qoydu...

İlham Əliyev buğda dolu qabı aclıq abidəsinin qarşısına qoydu...

Təhsil

28 Oktyabr 2010, 17:52

“Ticarət-iqtisadi əlaqələrimizdə yanacaq və energetika sahəsi xüsusi yer tutr. Biz iki ölkə arasında strateji sazişi hazırlayacaq birgə işçi qrupun yaradılması barədə razılığa gəldik. Bu saziş  Azərbaycandan Ukraynaya enerji resurslarının həcminin artırılması məsələsini ehtiva edəcək. Biz bu proqramın işləmə mexanizmlərini hazırlayrıq. İstisna etmirik ki, bu əməkdaşlıqa üçüncü ölkələr də, məsələn, Rusiya, Xəzəryanı ölkələr də qatıla bilər”. 
Bu bəyanatla oktyabrın 28-də Azərbaycan və Ukrayna prezidentlərinin birgə mətbuat konfransında Vladimir Yanukoviç çıxış edib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Ukraynada rəsmi səfərdədir. Bu gün bir sıra hökümətlərarası sazişklərin imzalanmasından sonra hər iki prezident görüşün yekunlarına dair mətbuat konfransı keçiriblər.

Modern.az Ukrayna prezidentinin rəsmi saytına istinadlıa xəbər verir ki, hər iki prezidentin keçirdiyi mətbuat konfransında Yanukoviç deyib ki, Azərbaycan prezidentini çoxdan tanıyır və iki ölkə arasında münasibətlərin uzun və yaxşı tarixi var. Ukrayna prezidenti deyib ki, bu günkü görüşdə də əməkdaşlığı daha yüksək səviyyədə qurulması barədə razılaşma əldə ediblər.

“Milli maraqlarımıza uğqun olan, xeyirli olan əməkdaşlıq məsələlərini siyahısını artırdıq. Bu məsələlər iqtisadi-ticarət sahəsində,  beynəlxalq təşkilatlarda birgə işləməklə bağlı olub”.

Prezident İlham Əliyev bildirib ki, ölkələr arasında əməkdaşlığın səviyyəsi o olkələrin rəhbərlərdən asılıdır. İlham Əliyev deyib ki, hər iki ölkə regional məsələlərdə fəal əməkdaşlıq edir.
“Xüsusən bu Xəzər-Qara dəniz hövzəsi üzrə inteqrasiya məsələlərində bir-birimizə dəstəyimizi bir daha vurğuladıq”-deyən Azərbaycan prezidenti bildirib ki, tərəflər enerji ilə bağlı məsələləri təfərrüatları ilə müzakirə ediblər. 
”Mən bu prespektivi ümidverici hesab edirəm” deyə sonda İ. Əliyev bildirib.

Rəsmi səfər isə çox intensiv başlayıb. Prezident İlham Əliyev Ukraynaya Rusiyadan gəlib.

Oktyabrın 27 –də Ukraynaya rəsmi səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyevin Borispol hava limanında Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb.

Oktyabrın 28-də İlham Əliyev Kiyev şəhərindəki “Naməlum əsgər” abidəsini ziyarət edib. Onu

Ukrayna prezidenti Viktor Yanukoviç qarşılayıb. Hər iki prezident İkinci Dünya müharibəsi veteranları ilə görüşüb söhbət edib.
Bundan sonra İlham Əliyev və Viktor Yanukoviç “Əbədi məşəl”in önünə əklil qoyublar.

Dövlət başçıları həmçinin 3 dəfə Sovet İttifaqı Qəhrəmanı İvan Kojedubun abidəsini də ziyarət edərək önünə gül dəstələri qoyublar.

Prezident İlham Əliyev həmçinin Kiyevdə 1930-cu illərdə aclıqdan həlak olanların xatirəsinə ucaldımış “Qolodomor” abidəsini ziyarət edib. Dövlət başçıları abidənin önünə gül qoyub, aclıq qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər. İlham Əliyev buğda qabını və yanan şamı abidənin önünə qoyub. İlham Əliyev həmçinin Ukraynanın baş naziri Nikolay Azarov və Ali Radanın sədri Vladimir Litvinlə görüşüb.

Prezidentlər həmçinin maşınqayırma, hərbi-texniki əməkdaşlıq və kosmik sferada ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə