Modern.az

İŞİD Ümumdünya irsinə daxil olan abidəni məhv etdi

İŞİD Ümumdünya irsinə daxil olan abidəni məhv etdi

Dünya

5 Oktyabr 2015, 10:29

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının bəşəriyyətə qarşı cinayətləri davam edir. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, qruplaşma üzvləri bu dəfə YUNESKO tərəfindən Ümumdünya mədəni irsi siyahısına daxil edilən və Suriyanın Palmira şəhərində yerləşən 2 min illik Trimuf Arkasını məhv ediblər.

Romalılar tərəfindən eramızın ilk illərində inşa olunan arka antik dövr memarlığının incilərindən sayılırdı. Artıq Suriya rəsmləri də faktı təsdiqləyiblər.

“Bu şəhər lənətə gəlib və bundan sonra eşidəcəyimiz xəbərlər bizi daha da pərişan edəcək. Şəhər onların əlində qalarsa, məhvə məhkumdur”, - Suriyanın tarixi abidələr üzrə dövlət agentliyinin direktoru Maamun Əbdülkərim deyib.

Bundan öncə, İŞİD eramızın 32-ci ilində inşa olunan Bela və Ball-Şamin məbədlərini partlayıcı ilə yerla-yeksan ediblər. BMT baş verənləri “mədəni soyqırımı” adlandırıb.


Vüqar İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!