Modern.az

“Əl Qaidə” Suriyadakı rus hərbçilərinin başına pul qoydu

“Əl Qaidə” Suriyadakı rus hərbçilərinin başına pul qoydu

5 Oktyabr 2015, 16:14


“Əl Qaidə” Suriyada hava əməliyyatlarına başlayan Rusiya ordusunun hərbçiləri üçün mükafat təyin edib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, terror qruplaşmasının Suruya qanadı sayılan “Əl Nüsrə Cəbhəsi” hər rus hərbçisinin ölüsü, yaxud dirisi üçün 25 min dollar ödəyəcəyini bildirib.

Rusiya sentyabrın 30-dan başlayaraq Suriyadakı müxalifət mövqelərini bombalayır. Homs, Hama və İdlibdə hava zərbələri 50-dən artıq dinc sakinin və İraq-Şam İslam Dövləti terror qruplaşmasının 14 üzvününü ölümünə səbəb olub.  

Qərb dövlətləri isə Rusiyanın Bəşər Əsəd rejimini hakimiyyətdə saxlamaq naminə təkcə İŞİD-i deyil, mötədil müxalifət mövqelərini də bombaladığnıı iddia edir.  

Vüqar İsmayılov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?