Modern.az

Məşhur Şirkətdə iki bölmə bağlandı

 Məşhur Şirkətdə iki bölmə bağlandı

Dünya

6 Oktyabr 2015, 01:32

Yaponiyanın texnoloji nəhəngi “Toşiba” televizor və fərdi kompüter istehsalını dayandırır.Modern.az Axar.az-a istinadən xəbər verir ki, şirkət rəhbərliyi bununla bağlı qərar qəbul edib. Rəhbərliyin televizor və fərdi kompüter istehsalı üzrə bölmələrin fəaliyyətinin dayandırılmasına səbəb ağır maliyyə vəziyyətidir. Həmçinin, səbəb kimi yaranmış maliyyə qalmaqalı da göstərilir.

 Araşdırmalardan məlum olub ki, top-menecerlərin 2008-2014-cü illər üçün maliyyə hesabatında səhvə yol verməsi şirkətin gəlirlərini 1,9 milyard dollar azaldıb. Bu isə öz növbəsində kapitallaşma dəyərinin 6 milyard dollar azalmasına gətirib çıxarıb.

Qalmaqalda şirkətdə yüksək vəzifə tutan 30 əməkdaşın əlinin olması müəyyənləşib. Araşdırmalar başaçatdıqdan sonra rəhbərlikdə kütləvi ixtisarlar aparılıb. Televizor və fərdi kompüter istehsalı üzrə bölmələrdə çalışan bütün əməkdaşların işdən azad olunması gözlənilir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar