Modern.az

34 saylı Xətai II seçki dairəsində bir namizəd geri çəkildi

34 saylı Xətai II seçki dairəsində bir namizəd geri çəkildi

Təhsil

29 Oktyabr 2010, 09:49

Səsvermə günü yaxınlaşdıqca  seçki dairələrində namizədlərin bir-birlərinin xeyrinə addım atmaları müşahidə olunur. 34 saylı Xətai II seçki dairəsində bu qəbildən olan ilk addım atılıb. Öz sıralarında Sabir Rüstəmxanlının başçılıq etdiyi Vətəndaş Həmrəyliyi Partiyası və Asim Mollazadənin sədri olduğu Demokratik İslahatlar Partiyasını birləşdirən “Demokratiya” Blokunun vahid namizədi, satirik şair  Əvəz Qurbanlı öz tərəfdarlarını Azər Həsrətə səs verməyə çağırıb.

Əvəz Qurbanlı bildirib ki, o, seçki prosesində iştirak edə bilmədiyindən Azər Həsrəti dəstəkləmə qərarına gəlib.  Tərəfdarlarını Azər Həsrətə səs verməyə çağıran Ə.Qurbanlı  “inanıram ki, 34 saylı dairənin seçiciləri bu prosesdə fəal iştirak edəcək” deyib.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə