Modern.az

Gözləri yorğunluqdan xilas edən gimnastika - MARAQLI

Gözləri yorğunluqdan xilas edən gimnastika - MARAQLI

Ədəbi̇yyat

6 Oktyabr 2015, 11:31


XXI əsr özünün “robotlaşma” funksiyası ilə ən böyük zərbəni təbii ki, insan fizionomiyasına vurdu. Sürətin, ümumdünya şəbəkə torunun (internetin), kömpüterin, süni maşınların əsirinə şevrilən insan öz təbii halına say-hesaba gəlməyəcək qədər zərbələr vurur. Bu cür zərbələrdən ən çox əziyyət çəkən orqanlar isə gözlərdir. Gen ərzində 4 saatdan çox kömpüterin qarşısında qalan insan göz təzyiqinin ağır fəsadlarını yaşamış olur ki, bu da sonradan beynə və qan dövranına böyük zərbələrlə yadda qalır.

Modern.az təqdim etdiyi yazıda mütəxəssislər göz yorğunluğunu aradan qaldıran bir neçə gimnastika  hərəkətini məsləhət görürlər.

Göz gimnastikası - göz və ətrafındakı orqanların müəyyən hərəkətləri təkrar etməsi prosesidir. Göz gimnastikası edərkən göz, gözün ətrafındakı əzələlər, göz qapaqları hərəkət edir. Hər gözdə 6 ədəd əzələ var. İnsan göz gimnastika edərkən cəmi 12 göz əzələnizi işlətmiş olur. Göz gimnastikası gözdəki toxumaların qanla qidalanmasını təmin edir. Bu səbəbdən göz gimnastikası edərək göz əzələlərini möhkəmləndirə və daha sağlam gözlərə sahib ola bilərik.

Günün müxtəlif saatlarında göz gimnastika etmək olar. Xüsusilə səhər qalxdıqda göz gimnastikası etmək günə yaxşı bir başlanğıc olacaq.
Məsələn, gözü soldan sağa, yuxarı-aşağı hərəkət etdirməyiniz, ya da çevrə yaradacaq şəkildə qaytarmağınız da göz gimnastikası hərəkətləridir. Bu hərəkətlər göz əzələlərinin işini və gözdəki toxumaların yaxşı qidalanmasını təmin edir. Göz gimnastika yaxını görmə problemlərində və ümumiyyətlə görmə keyfiyyətinin artmasında köməkçi olur. Bu zaman göz əzələlərinin  qidalanmanı artırdığı üçün gözdə əmələ gələn  şişlərin azalmasına şərait yaranır. Gün ərzində 3 və ya 4 dəfə bu hərəkətləri etmək göz üçün faydalıdır.  

Göz və göz ətrafındakı əzələləri işlətmək insanda müsbət nəticələrlə sonuclanır. Səhər qalxdıqda gözdəki  şişləri göz gimnastikası ilə  azaltmaq olar. Gözdə zəifləmə varsa və bunun üçün eynək istifadə etmək istəməyən adamlar  bu gimnastikalar sayəsində görmə qüsurunu qismən də olsa  azalda bilər. Bəziləri  bu temrinlərdən faydalansalar da, bəzilərində təsirsiz ötüşüb

Göz üçün gimnastika hərəkətləri:

(Qeyd edək ki, bu hərəkətlərin hər biri 6 dəfə edilməlidir)

1.  Gözün üfüqi istiqamətdə sağa və sola hərəkəti - bu zaman qansız qalan toxumalar qanla qidalanır. Eyni nöqtəyə zillənən göz bəbklərində qan mütləq ya sağ, ya da sol tərəfə yığılır. Gözdəki qızartı və yorğunluq da bu səbəbdən əmələ gəlir. Göz bəbəyini sağdan sola, yaxud əksinə hərəkət etdirməklə həm yığılmış qanı hərəkət etdirmək, həm də ac toxumaları qanla doydurmaq olar.

2.  Gözün şaquli istiqamətdə hərəkəti - yuxarıda sadalanan proses bu hərəkət üçün də keçərlidir. Bu zaman da qanla qidlanma balanslı şəkildə təmin olunur;

3.  Gözlərin saat əqrəbi istiqamətində sağa və sola hərəkət etdirilməsi;

4.  Gözlərin sürətli şəkildə sıxılması və açılması – bu ilk nöbvədə göz qurumasının qarşısını alır. Belə ki, gec qırpılan kipriklər gözdəki suyun azlığı səbəbindən meydana gəlir. Gözləri bir neçə dəfə yığıb açmaqla göz suyunu yenidən bərpa etmək və toxumaları qidalandırmaq olar.

5.  Gözlərin dioqanal istiqamətdə hərəkətiqanın balanslı dövrünun təminatı üçün çox gərəklidir.

6.  Gözləri tez-tez qırpmaq - Gözləri bir neçə dəfə yığıb-açmaqla göz suyunu yenidən bərpa etmək və toxumaları qidalandırmaq olar.

7.  Gözlərin buruna tərəf yönlənməsi - Bunun üçün barmağınızı burnunuza yaxın gətirib ona baxın. Bu zaman göz billurları bir nöqtəyə yığılmaqla gözə sanki dinclik gətirir.

8.  Gözlərin məsafə hərəkətləri - görülə bilən yaxın bir əşyaya diqqətlə baxan zaman baxışlar  uzaq məsafəyə yönlənir. Bu zaman  maksimum görülə bilən bir əşyaya baxmaq məsləhətdir

Türkan BƏŞİR

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi