Modern.az

Gürcüstan prezidentinə hörmətsizlik: Öz ölkəsinin səfiri onu qarşılamadı

Gürcüstan prezidentinə hörmətsizlik: Öz ölkəsinin səfiri onu qarşılamadı

6 Oktyabr 2015, 12:18


Gürcüstan prezidenti Georgi Marqvelaşvili ölkənin Xarici İşlər Nazirliyinin rəhbərliyinə xaricdə akkreditasiya olunan missiyalardan diplomatik etiket qaydalarını gözləmələrini tələb etməyi məsləhət görüb. Modern.az xarici mediaya istinadən bildirir ki, Marqvelaşvili bu xəbərdarığı edərkən ötən həftə ABŞ-a səfəri zamanı qarşılaşdığı hörmətsizliyi xatırladıb. Onun sözlərinə görə, Gürcüstanın Vaşinqtondakı səfiri Arçil Qeqeşidze  prezidenti nə ABŞ paytaxtında, nə də Nyu-Yorkda qarşılayıb.

  “Prezident, dövlət başçısı bu və ya digər ölkəyə gedirsə, onu prezidentin mandat verdiyi səfir qarşılayır. Bu qaydadır, ritualdır, prinsip etibarilə bunu pozmaq olmaz. Mən ABŞ-a şəxsi səfərə getməmişdim, dövlət vəzifəsini icra edirdim”, - dövlət başçısı hirslənərək, deyib.  

Ötən həftə Gürcüstanın iki nümayəndə heyəti eyni zamanda ABŞ-da olub. Digər nümayəndə heyətinə ölkənin baş naziri İrakli Qaribaşvili rəhbərlik edib. Bu ölkənin ABŞ-dakı səfiri Qeqeşidze BMT Baş Assambleyasının sessiyasında iştirak edən baş naziri müşayiət edib.   

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər