Modern.az

Köçəryan Konstitusiya layihəsini “topa” tutdu: “Mənim ən qorxulu ehtimallarım doğruldu”

Köçəryan Konstitusiya layihəsini “topa” tutdu: “Mənim ən qorxulu ehtimallarım doğruldu”

6 Oktyabr 2015, 14:43


Ermənistanın sabiq prezidenti Robert Köçəryan ölkədə Konstitusiya dəyişiklikləri yolu ilə parlament respublikasına keçidi nəzərdə tutan ümumxalq səsverməsi layihəsini sərt tənqid edib. Modern.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, Köçəryan Konstitusiyaya dəyişiklik planlarını ölkəsi üçün real təhlükə adlandırıb:

“Mənim baxış bucağım dəyişməyib, ölkədə Konstitusiya islahatları keçirməyə, xüsusən belə radikal formada dəyişikliklərə ehtiyac yoxdur. Ölkə qarşısında duran bütün problemlər və çətinliklər indiki Konstitusiya ilə də həll oluna bilər. Konstitusiya layihəsinin içərisində təkpartiyalı sistemə, deməli, siyasi inhisar və durğunluğa aparan məqamlar var”.

Köçəryan layihənin qəbul olunacağı halda gələcəkdə Ermənistanı SSRİ-nin taleyinin gözlədiyini düşünür: “Sovet Konstitusiyasında qulağa xoş səslənən çox sözlər var idi, amma Konstitusiyanın 6-cı maddəsi ölkədə SSRİ Kommunist Partiyasının rəhbər rolunu müəyyənləşdirirdi və kommunistlərin siyasi monopoliyasının rəsmləşdirirdi. SSRİ-nin sonunun necə olduğunu hamımız bilirik”.

Köçəryan Konstitusiya layihəsinin geri çağırılmasının vacib olduğunu düşünür:

“Layihə Konstitusiyanın 89-cu maddəsinə görə parlamentdə yalnız 1 partiyanın dominantlığı ola bilər. Bu isə populyarlıq göstəricsindən asılı olmayaraq, ölkədə inzibati və maliyyə resurslarına malik təkhakimiyyətliliyin qurulması deməkdir. Ermənistanda partiya daxili demokratiyanın mövcud olmadığı şəraitdə isə bu böyük faciələrə yol açacaq. Konstitusiya laiyhəsinin mətni mənim ən qorxulu ehtimallarımı doğrultdu. Mən ölkəmin qaranlıq gələcəyinə qarşı çıxdığım üçün Konstitusiya layihəsinə etiraz edirəm. Ermənistanın gələcəyinə ağır zərbə vuracaq bir addım atılır”.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı