Modern.az

Çılpaqlıda da qələbəlik! ®

Çılpaqlıda da qələbəlik!  ®

Təhsil

29 Oktyabr 2010, 10:35
46 saylı Şirvan seçki dairəsindən Milli Məclis deputatlığına namizədliyi irəli sürülmüş Azay Quliyev seçicilərlə görüşünü davam etdirir. Son beş ildə daim deputatın diqqət mərkəzində olan yaşayış  massivlərindən biri - Çılpaqlı qəsəbəsində qələbəliklə müşayiət olunan görüş keçirildi.

Azay Quliyev son 5 ildə qəsəbə sakinləri tərəfindən qaldırılan məsələlərə toxundu və onların həlli yolunda atılan addımlardan danışdı, konkret misallar çəkdi. Deputatlığa namizədin bu çıxışında da qəsəbə sakinlərinə sevinc bəxş edən məqamlar az olmadı. Azay Quliyev bildirdi ki, bu seçkidə onun şüarı “Yolumuza davam”dır. “Əgər görülən işlərin davam etdirilməsini, yarımçıq qalmış işlərimizi uğurla yekunlaşdırılmasını istəyirsinizsə, 7 noyabrda qutu başına gələrək, səs verin. O namizədə ki, sizi nəinki şəhər, həm də respublika səviyyəsində uğurla təmsil etsin”.

Vəkil Təranə Əhmədova isə seçicilərə müraciət edərək dedi ki, Azay Quliyevin Şirvan və şirvanlılar üçün bu beş ildə gördüyü işlərin hamısını saymaqla çox vaxt almaq olar. Elə şəhər sakinləri var ki, onların deputatın gördüyü işlər haqda ətraflı bilgisi yoxdur. Bunun səbəbi Azay Quliyevin gördüyü işləri qabartmaması, reklam etməməsi ilə bağlıdır. “Azay Quliyev bu işləri ona görə edib ki, o, beş il bundan öncə seçicilərinə söz verib: “Mən Siz şirvanlıların vəkili olacam”. Bu gün Azay Quliyev sözünün sahibi olduğunu sübut etdi, vədlərini həyata keçirdi və indi seçiciləri ilə görüşə başı uca, alnı açıq gəlib”.

Sonra seçicilər çıxış etdilər. Qeyd edildi ki, deputatlıq müddətində Azay Quliyev Hacıqəhrəmanlı, Demanlı yaşayış massivlərində olduğu kimi, Çılpaqlı qəsəbəsinin sakinlərindən də diqqət və qayğısını əsirgəməyib. Belə ki, şəhid ailəsi adından bir xanım, qardaşı əfvə düşmüş bir qəsəbə sakini, uzun müddət işsiz qalan gənc və digərləri Azay Quliyevin gördüyü işlərdən ürək dolusu danışdılar və ona qarşıdan gələn seçkilərdə uğurlar arzuladılar.

 

 

 

 

 

 



Seçki qərargahı
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə